Əziz həmyerlilərim!

Sizi saytımızda salamlamağa çox şadıq.
Klinikamızda Siz xəstəliklərin müalicəsi və diaqnostikasının ən yeni nailiyyətləri barədə ətraflı informasiya ala bilərsiniz. Bu da Sizə müasir diaqnostika avadanlığının köməyi ilə diaqnostika, kardiologiya, terapiya, ortopediya, Çin təbabəti, osteopatiya, müxtəlif müalicə xıdmətləri sahasində qeniş seçim etməyə və daha effektif müalicə almaq imkənı verəcək. Klinikamızı fərqlədirən cəhət müasir klassik təbabət ilə komplementar (qeyri ənənəvi), vahid müalicənin sintezidir. Klassik təbabət istənilən effekti vermədikdə bu üsul çox yararlı nəticələr əldə etmək imkənı yaradacaq. Bizim kredo – Sizin orqanizmi lüzumsuz və ziyanlı müdaxilələrdən xilas edən xətərsiz, təhlükəsiz müalicə vasitələri tətbiq etməkdir. Biz ayrı-ayrı əlamətləri və simptomları yox, biz insanı bütövlikdə müalicə edirik. Çünki biri diqərindən təcrid olunmuş əza yoxdur. Vahid orqanizmdə bir-birini qarşılıqrlı tamamlayan əza sistemi mövcuddur.
Bizim saytda Siz özünüz üçün ən yeni və yararlı məlumat əldə edə bilərsiniz.

 

2006-cı ildə tibb doktoru Gülnar Tarverdinin kliniokası təbabətdə QEP (Almaniyada özəl klinikaların keyfiyyətli inkişafı) sistemində “keyfiyyətli menecment” sertifikatı alıb.